Ermənistanda Rusiyanın general-leytenantının qızının meyiti aşkarlandı

Ermənstanın paytaxtı Yerevanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızının meyiti aşkarlanıb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.
Hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polisinin bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin istintaq qrupu cəlb edilib.
Polislər eyvanda 40 yaşlı qadının meyitini aşkarlayıblar. Onun adı açıqlanmır. Meyitin yanında tapança da aşkar edilib.
Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.
Qeyd edilir ki, tapança atasına məxsus olub və hədiyyə imiş. Onun ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra aydın olacaq. (“Report”)

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










