Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA

“Ermənistandan Rusiyaya qarşı ziddiyyətli siqnallar gəlir. Parlamentin sədri Rusiyanın “Tramp Marşrutu”nda yerinin olmadığını, Baş nazir Nikol Paşinyan isə regional nəqliyyat layihələrinə dəstək üçün Prezident Vladimir Putinlə danışıqlar apardığını deyir”.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.
Ekspert bildirib ki, hazırda Rusiya və Ermənistan arasında danışıqlar getmir, danışıqlara hazırlıq prosesi gedir.
Areşev “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nun üçüncü tərəfə verilməsi ilə bağlı İrəvanın açıqlamasını belə şərh edib:
“Pashinyanın “Cənubi Qafqaz Dəmir Yolu”nun üçüncü tərəfə, məsələn, Qətər, Qazaxıstan və Omana verilməsi barədə açıqlamasından görünür ki, Türkiyə və Azərbaycanın da bu prosesdə iştirakını istisna etmir. Çünki bu məsələ Naxçıvan və Türkiyə ilə bağlıdır”.
Ermənistan KİV-in yaydığı məlumata görə, İrəvan bəzi ölkələrə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nu almaq və idarə etmək üçün müraciət edib. Məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı Rusiyaya müraciəti kontekstində gündəmə gəlib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Baş nazir Nikol Paşinyanın müvafiq mesajından sonra Moskvanın İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bundan sonra artıq danışıqların başladığını bəyan etmişdi.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












