Ermənistanla sərhəddə gizli görüş - Nə baş verir?

Ötən həftə Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirləri müavinlərinin gizli görüşü baş tutub.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.
Nəşr öz mənbəsinə istinadla yazıb ki, 10 nəfərlik Ermənistan nümayəndə heyətinə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun rəsmiləri də daxil imiş.
İddia edilib ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.
Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Axurik kəndindən təxminən 1,5 km aralıda yerləşir. Vaxtilə Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edib. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib.
Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib.
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO












