"Əsas yoluxma mənbəyi avtobuslardır” - VİDEO

Ölkədə koronaya yoluxma sayının sürətlə artmasının konkret səbəbini Britaniya ştammı ilə əlaqələndirmək çətindir. Ola bilər ki, Azərbaycanın öz daxilində də hansısa mutasiyaya uğrayan virus olsun.
Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, yoluxma sayındakı artım insanlar arasında təmasın azaldılması istiqamətində qərarların qəbul edilməsini zəruri edə bilər:
"Bu qərarlar həm ən sərt formada, yəni SMS-icazə və ya iaşə obyektlərinin bağlanması və s. kimi müxtəlif məhdudiyyətlər tətbiq etməklə bağlı ola bilər. Bununla yanaşı ictimai nəqliyyatla bağlı problemlər həll edilməlidir, çünki əsas yoluxma mənbəyi avtobuslardır".
A. Qeybulla epidemioloji vəziyyətdən asılı olaraq sərt karantinin ən az 20-30 gün müddətində tətbiq edilə biləcəyini qeyd edib: "Uşaqlarda və yeniyetmələrdə bu xəstəlik daha çox temperatur, ürəkbulanma, qusma və s. əlamətlərlə özünü büruzə verir. Bu, bizi narahat edir. Əgər məhdudiyyətə ehtiyac yaranarsa, dövlət bununla bağlı qərar verməlidir.
Epidemioloji vəziyyətdən və üçüncü dalğanın uzunluğundan asılı olaraq sərt karantın 20 gün və ya 1 ay müddətində qəbul edilə bilər. Bununla yanaşı peyvəndin bu mutagen ştamları nə dərəcədə əhatə etməsi də hələ aydın deyil".
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










