Ət və toyuq məhsullarının ölkədən aparılması üçün xüsusi şərt müəyyənləşib

Bu il dekabrın 31-dək ət və toyuq məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb. Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:
- Diri iribuynuzlu mal-qara;
- Diri qoyunlar və keçilər;
- Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti;
- Dondurulmuş iribuynuzlu mal-qara əti;
- Təzə, soyudulmuş və ya
dondurulmuş qoyun əti və ya keçi əti;
- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya
soyudulmuş əti;
- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti;
- Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri
və ətin əlavə məhsulları;
- Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin
əlavə məhsulları.
Bu qədər 2022-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











