Ətrafa səpələnən zibillər; Məişət tullantıları günlərdir niyə daşınmır? – FOTO

Azərbaycanda ətrafın zibilləndirilməsi, məişət tullantılarının yığılması, daşınması uzun illərdir müzakirə olunur. Əvvəllər şəhər və rayonların bütün küçələrində zibil qabları ya yox idi, ya da çox az idi. Son illər yaşayış yerlərinə yaxın ərazilərdə, küçə və məhəllələrdə zibil yeşikləri qoyulub. Lakin bəzi məhəllələrdə zibil qabları çox azdır. Yəni paytaxtda yaşayanların sayı hər gün artdığı üçün qoyulan zibil qabları məişət tullantılarının yığılması üçün bəs etmir.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, belə yerlərdən biri də Nərimanov rayonu Nazim Hacıyev küçəsidir. Bu keçədə bir neçə zibil yeşiyi qoyulsa da, günün sonunda zibil qabları dolduğu üçün sakinlər məişət tullantılarını qabların ətrafına qoymağa məcbur qalırlar.
Digər problemlərdən biri də məişət tullantılarının gec daşınmasıdır. Belə ki, məişət tullantıları gündə bir dəfə səhər saatlarında daşınır. Bəzi vaxtlarda daşınma qeyd olunan vaxtda həyata keçirilmir, bu səbəbdən də xoşagəlməz mənzərə yaranır.
Bəs belə vəziyyətin yaranmaması üçün qurumlar niyə üzərinə düşəni etmirlər?
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə aidiyyatı və digər şöbələrə zəng etsək də, zənglərimiz cavabsız qalıb.
Xatırladaq ki, məişət tullantılarının daşınması və yığılması üçün sakinlər müvafiq qurumlara vəsait ödəyirlər. Məişət tullantılarının yığılması, daşınması Tarif Şurasının 29 iyun 2024-ci il tarixli qərarı ilə tənzimlənir. Həmin qərarın 1-ci maddəsinə əsasən bərk məişət tullantılarının yığılması və daşınması üçün tarif 1 nəfərə görə 1 manatdır.
Lakin bəzi ərazilərdə mənzillərdə neçə nəfərin yaşamasından asılı olmayaraq ayda 3 manat, bəzi yerlərdə 6 manat vəsait toplanır. Yeni yaşayış binalarında bu, doğru olaraq mülkiyyətçinin seçimində iştirak etdiyi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin müqavilə bağladığı şirkətə, bəzilərində qanunsuz olaraq ləğv olunmamış MTK-lara ödənilir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA











