ETSN vətəndaşlara müraciət etdi

Xəbər verildiyi kimi 31 iyul tarixində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğın FHN-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb, alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib.
"Yanğında həyatlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və
bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar, ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün maksimum dərəcədə ehtiyatlı olsunlar", - deyə xəbərdə bildirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












