Eynulla Fətullayev Prezidentin xüsusi nümayəndəsini niyə söyüb? - Şuşada qalmaqal

İyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda tədbirin qeyri-rəsmi hissəsində – şam yeməyi zamanı dava düşüb.
Avtosfer.az Time TV-yə istinadən verdiyi məlumata görə, haqqın.az xəbər saytının rəhbəri Eynulla Fətullayev və qafqazinfo.az xəbər saytının baş redaktoru Elbrus Ərud (Seyfullayev) şam yeməyi zamanı spirtli içki qəbul ediblər. Nəticədə sərxoş vəziyyətdə ətrafdakıları nəzərə almadan ağır söyüşlər söyməkdən çəkinməyiblər. Hadisəyə səbəb Eynulla Fətullayevin Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov barəsində ağır söyüşlərlə təhqir etməsi olub.
Buna etinasız qalmayan Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov “Burada igidlərimiz şəhid olub, heç olmasa onların ruhu xatirinə ədəbli olun”, – deyib sakitləşdirmək istəyi Eynulla Fətullayev tərəfindən qeyri-əxlaqi hərəkəti ilə qarşılanıb.
Bundan sonra Eynula Fətullayev bir qədər də aqressivləşib.
Bu hadisə həmin tədbirdə iştirak edən jurnalistlərin bir çoxunun gözü qarşısında baş verib.
Haqqın.az xəbər saytının rəhbəri Eynulla Fətullayev isə özünün “Facebook” səhifəsində hadisənin baş verdiyini təkzib edib və bu xəbəri mətbuata ötürənləri trol və onların kuratorları adlandırıb:
“Hörmətli trolların və onların kuratorlarının nəzərinə!
Tədbirdən sonra kiçik ziyafət oldu. Bu gün səhərdən, trollar və onların kuratorları bu ziyafətə, xüsusilə bizim masaya tərəf diqqəti yönəltməyə cəhd edir.
Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi. Mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun müxalifətdəki, sonra Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki masamızı tərk etsin. Əhvalımızı pozmasın… Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit. Bir halda ki, kuratorlar bu xırda, “məişət” söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin. Onsuz da gördüyünüz digər işlər kimi bu trolling də effektsizdi. Sizdən fərqli olaraq mən hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər”.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO










