"F-16"-lara rəqib kamikadze "Şimşək" gəlir

Türkiyənin "TUSAŞ" şirkətinin istehsalı olan “Şimşək” hədəf dronun səsdən sürətli (supersonik) versiyası nümayiş olunub.
"F-16" kimi döyüş təyyarələrini təqlid edərək düşmənin hava hücumundan müdafiə sistemlərini aldadan "Şimşək" dron-kamikadze kritik tapşırıqları da yerinə yetirə bilir.
Avtosfer.az xəbər verir ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) uzun müddətdir ki, səsdən yüksək sürətlə uçan İHA-nın yaradılması üzərində işləyir.
Bu səsdən sürətli yerli İHA "Şimşək" adlandırıldı. "Şimşək" elektron hücum, elektron dəstək və saxta hədəf kimi bir çox kritik tapşırıqları yerinə yetirə bilir.
Ən mühüm vəzifəsi bir çox döyüş təyyarəsini saxta hədəf kimi təqlid etmək və hava hücumundan müdafiə sistemlərini aldatmaqdır. 200 kiloqram ağırlığında olan "Şimşək", Türkiyənin inkişaf etdirdiyi hava hücumundan müdafiə sistemləri və "S-400"-lərin sınaqları üçün də istifadə edilir.
"TUSAŞ" İHA Sistemləri baş direktorunun müavini Ömər Yıldız "Şimşək" sistemi ilə bağlı "Hürriyet" qəzetinə bildirib ki, saxta təyyarənizin yanında əsl təyyarəniz varsa, əsl təyyarəni tapmaq və vurmaq daha çətindir:
"Hər bir təyyarədən əks olunan radar simvolunun imzası var. Buna görə də saxta hədəf olan "Şimşək" özünü radara fərqli bir təyyarə kimi təqdim edir. "F16", "F-4", "C-130" kimi... Həmçinin, siqnalı çox göndərsəniz, radara 2-dən çox təyyarə göstərə bilər. "Şimşək" dron-kamikadze təyyarəsi kimi də fəaliyyət göstərə bilir və partlayıcı başlıq birləşdirərək müəyyən hədəfi vura bilir. Hazırda inkişaf etdirdiyimiz bir neçə növ var. "Şimşək"in daha kiçik versiyaları da hazırlanıb”.
Təxminən 1 saat havada qala bilən "Şimşək" 70+ kilometrə qədər məsafə qət edir. Aparıcı ilə havaya qalxan sistem paraşütlə həm yerə, həm də yerə enə bilir.
"Avtopilot sistemi" sayəsində o, uçuş və eniş daxil olmaqla, bütün missiya ərzində tam avtonom uçuş qabiliyyətinə malikdir.(cebhe.info)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












