“Facebook”un 7,6 mindən çox istifadəçisinin hesabı oğurlanıb

Bu ilin iyun ayının sonundan etibarən “Facebook”un Yaponiya seqmentinin 7,6mindən çox istifadəçisinin hesabı oğurlanıb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Yaponiyanın kibertəhlükəsizlik sahəsində çalışan “Sola.com” şirkətinin məlumatına görə, oğurlanmış məlumatlar Rusiyada yerləşən serverlərdə saxlanılır. Yaponiya hökumətinə çalışan İnformasiya Texnologiyalarının İnkişafı Agentliyinin məlumatına görə, kibercinayətkarlar hesablara “fişinq”lə giriş əldə ediblər. İstifadəçilərə guya şəbəkə dostlarından videolara giriş linki ilə şəxsi mesajlar gəlib. Linki tıkladıqda isə vizual olaraq istifadəçi adı və şifrəni yenidən daxil etmək lazım olduğunu göstərən “Facebook”un başlanğıc səhifəsi açılıb.
Eyni zamanda, “Sola.com”un mütəxəssisləri iddia edirlər ki, kütləvi “fişinq”də üzvləri ispan dilində danışan azı səkkiz fırıldaqçı qrup iştirak edib. “Oğurlanan hesabların 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı olduğu kimi, ictimai rəyi manipulyasiya etmək üçün istifadə edilə biləcəyi ehtimalı var”, - “Kyodo” agentliyi Yaponiya şirkətinin prezidenti Hiroto Takahasidən sitat gətirib.
“Sola.com” bütün sosial media istifadəçilərinə şifrələrini daha tez-tez dəyişdirməyi, eləcə də ikiaddımlı autentifikasiyadan istifadə etməyi tövsiyə edir.(Report)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












