Fazil Mustafa gizli toy edənlərə haqq qazandırdı - Düz edirlər
Gündəm
12 Mart 2021 12:04

"Biz cərimələr müəyyən etmişik. Ancaq qaydaları sərt şəkildə tətbiq etməklə, heç bir yeri qapatmama, polis postlarını qoymamaqla, rayonlara giriş-çıxışı qadağan etməməklə, sadəcə, bir-bir cərimələri tətbiq etməklə məsələni həll etməliyik. Əhalinin gəlir səviyyəsi aşağı düşdüyü bir durumda problem yaradacaq addımlar atmamalıyıq". Avtosfer.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, buna yol vermək olmaz: "Çünki yoxsullaşmaq ziyandır, əhalini düşünmək lazımdır. Onsuz da yoluxma kütləvi xarakter daşıyır, hər kəs bu və ya digər formada yoluxur. Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan “sağalmaq” olmur".
Deputat gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib: “Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərəstlikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməlidir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də... Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka"dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər".
Oxunub : 1048
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












