Fələstin xalqı milli barışıq axtarışında: Hakimiyyətdə kimlər təmsil olunacaq? - POLİTOLOQ

Fələstinin HƏMAS və FƏTH hərəkatlarının nümayəndə heyətləri Qahirədə danışıqlar aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi xəbər verir. Məlumata görə, HƏMAS nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri Xalil əl-Həyyə, FƏTH tərəfini isə Fələstinin vitse-prezidenti Hüseyn əş-Şeyx və ümumi kəşfiyyat xidmətinin rəhbəri Macid Fərəc təmsil edir. Danışıqlarda, həmçinin, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sabitliyin təmininə yönəlmiş sülh planının ikinci mərhələsi də müzakirə olunur.
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az saytına açıqlamasında bildirib ki, vasitəçi rolunda çıxış edən Misir noyabrın ikinci yarısında Qəzzanın bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirməyə hazırlaşır. İki təşkilat arasında davam edən hakimiyyət uğrunda mübarizə Fələstində dövlətin formalaşmasında əsas maneələrdən biridir:

“Tərəflər arasında əsas məsələ milli birlik hökumətinin qurulması və parlament seçkilərin keçirilməsidir. Bunun üçün Qəzza vilayəti və İordan çayının qərb sahili arasında siyasi-iqtisadi inteqrasiyanın qurulması vacibdir. Bu FƏTH üçün xüsusi əhəmiyyət daşıyır. Mahmud Abbas sonrası Fələstin Muxtariyyətində siyasi hakimiyyətin daha dayanıqlı olması üçün daxili intiriqalara son qoymaq lazımdır. HƏMAS-ın silahsızlaşacağını nəzərə alsaq, öz zaman hərəkat bunun qarşılığında siyasi partiya şəklində Fələstinin gələcək idarəetməsinə qatıla bilər”.
Politoloq onu da vurğulayıb ki, FƏTH və HƏMAS-ın ortaq mövqeyi Qəzzanın yenidən bərpası ilə bağlı bağlı Misirdə keçiriləcək sammitdə müsbət qərarın əldə edilməsi baxımından önəmlidir.
“Tramp Administrasiyasının Yaxın Şərqdə sülh təşəbbüsünün ikinci mərhələsi Fələstin tərəflərinin razılaşdırılmış mövqeyini tələb edir. Danışıqlarda müsbət nəticənin əldə edilməsi Qəzzanın bərpası üçün beynəlxalq dəstəyi xeyli gücləndirə bilər. Eyni zamanda, Fələstin rəhbərliyində vahid mövqenin formalaşdırılaraq İsrailə qarşı güclü diplomatik mövqenin əldə edilməsinə gətirib çıxara bilər. Bu qərar eyni zamanda Fələstinin müstəqil dövlət kimi daha çox ölkə tərəfindən tanınmasıh və beynəlxalq birliyə sürətli inteqrasiyasını təmin edəcək mühüm addımdır. Misirdə alınacaq mənfi qərar isə Qəzzanın blokadasının davam etməsinə səbəb olacaq. Bu onsuz da ağır olan humanitar böhranı daha da dərinləşdirəcək. Həmçinin, danışıqlarda İsrailin mövqeyi daha da güclənəcək, HƏMAS üzərində isə İran və Qətər kimi ölkələrin təsiri xeyli güclənəcək. Bütün hallarda bu aydın görünür ki, Misirdə razılıq yalnız siyasi iradə və qarşılıqlı güzəşt olarsa mümkündür. Əks halda bu görüş də əvvəlkilər kimi “simvolik təşəbbüs” olaraq qalacaq”.
Səfər
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI
Coratda yol çökür: Asfaltın altındakı su boruları üzə çıxıb - ŞİKAYƏT - VİDEO
İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı — İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış - AÇIQLAMA
“İçərişəhər”dən prospektə uzanan qədim keçid bərpa olunmalıdır – MEMAR - FOTOSESSİYA











