Fevral ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənililib.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Beləliklə, fevral ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb. Bundan əvvvəl, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, fevralın 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb. 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib. Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












