FHN 204 nəfəri əzilmiş maşınlardan xilas edib

“Bu il ərzində 675 müxtəlif qəza və xilasetmə işləri həyata keçirilib”. Avtosfer.az-ın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının doqquzuncu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov söyləyib. K.Heydərov deyib ki, müxtəlif xarakterli fövqəladə hadisələr zamanı 257-si uşaq olmaqla, 651 nəfər xilas edilib. Xilasedicilər tərəfindən 204 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrdən çıxarılıb. Ümumiliklə batmaq təhlükəsi ilə üzləşmiş 261 nəfər xilas edilib, 73 nəfərin cəsədi tapılaraq təhvil verilib: “Cari ilin 11 ayı ərzində neft və qazçıxarma sahəsində, dağ-mədən, metallurgiya və emal sənayesində təhlükəli yüklərin avtomobil yolu və dəmir yolu ilə daşınmasında işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədi ilə 36 min tədbir keçirilib, 14 mindən çox təhlükəli hal aşkarlanıb, 402 qurğu və avadanlıqdan istifadəyə qadağan qoyulub”.
Elməddin
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO










