FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı müraciət etdi

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi bu yanğınların əsas səbəblərindəndir:
"Təəssüflə qeyd edilməlidir ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir. Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!
Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə saxlanılmalıdır.
Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və əgər yanğın kiçikdirsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












