FHN ermənilərin mülki əhaliyə vurduğu ziyan barədə yeni məlumat yayıb

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycanın mülki əhalisinə qarşı artilleriya hücumlarını davam etdirir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.
Mənfur əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin bu gün atdığı mərmi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən OBA marketdə yanğın baş verib. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində marketin bir hissəsi yanğından mühafizə olunub. Ağcabədi rayonu, Qaradolaq kəndində təsərrüfat sahəsi qismən yanıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub", - Nazirlikdən bildirilib.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












