FHN-nin Qarabağ regional mərkəzi yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ regional mərkəzinin əməkdaşları Dövlət Yanğın Nəzarəti Xidməti Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları ilə birgə Bərdə rayon Şirvanlı kəndi ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə kənd təsərrüfatı texnikalarına, ot və taxıl məhsulları əkilmiş sahələrə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti, yanğınsöndürmə vasitələrinin yararlılığı öyrənilib, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilərək yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












