Füzulidə yolların yenidən qurulması diqqət mərkəzindədir - FOTO

Təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində, dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Son illərdə Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 200 kilometrə yaxın Əhmədalılar–Mollaməhərrəmli–Arayatlı–Babı, Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı, 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası, Əhmədbəyli-Alıxanlı-Zobucuq, Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər, Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq, Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yolları yenidən qurulub.
2016-cı ilin aprel ayında Azərbaycanın Silahlı Qüvvələrinin təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızın bir hissəsini düşməndən azad etməsi respublikamız üçün ən əlamətdar hadisə oldu. Mühüm strateji əhəmiyyətə malik Lələtəpənin işğaldan azad olunması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cocuq Mərcanlı kəndi və Horadiz şəhərindən Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yol qısa bir zamanda yenidən quruldu. Cocuq Mərcanlıya gedən yolun yenidən qurulması Qarabağda ilk qələbə yolunun açılması deməkdir. Açılışında dövlətimizin başçısının iştirak etdiyi yolun bərpası və həmin yolla kənd əhalisinin yenidən doğma yurda qayıtması Qarabağa qayıdışın başlandığından xəbər verir. Qarabağa doğru uzanan daha bir yolun - Bəhrəmtəpə-Horadiz-Mincivan magistral yolunun Füzuli rayonu ərazisinə düşən 39 kilometrlik hissəsi də yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Bu yolun tikintisi ilə Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin edilib.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.








Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












