«Galendewagen»lə iki nəfəri öldürən məmur oğlunun məhkəməsi təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun verdiyi məlumata görə, təqsirləndirilən şəxsin vəkili İsmayıl Mirzəzadə hakimə müraciət edib. O bildirib ki, digər vəkil Samir İsayev ezamiyyətdə olduğu üçün məhkəmədə iştirak etmir: "Xahiş edirik, məhkəmə prosesi təxirə salınsın".
Lakin hakim ifadə verməsi üçün X.Mədətova müraciət edib. Mədətov isə vəkili məhkəmədə iştirak etmədiyi üçün məhkəmə prosesinin təxirə salınmasını istəyib və deyib ki, növbəti məhkəmədə mütləq ifadə verəcək. Daha sonra hakim Mədətova xəbərdarlıq edib və vurğulayıb ki, üçüncü dəfədir ifadə verməkdən imtina edir. Hakim eyni zamanda vəkil İsmayıl Mirzəzadəyə də müracət edib və hüquq məsləhətxanasına iradını bildirəcəyini qeyd edib. Hakim növbəti məhkəmə prosesini sentyabrın 1-nə təyin edib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












