Gəncədə “İnfiniti” mağazaya girdi - FOTOLAR

Bu gün səhər saatlarında Gəncə şəhərində baş verən yol qəzası nəticəsində bir mağaza dağılıb. Gəncə şəhər Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Ramin Fətullayevin verdiyi məlumata görə, hadisə saat 05:00 radələrində Vaqif küçəsi 110 ünvanında baş verib. Belə ki, Mübariz Eyyub oğlu İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı, 20 DJ 447 dövlət nömrə nişanlı avtomobillə Sərxan Nurəddin oğlu Alıyevin idarə etdiyi “İnfiniti” markalı, 20 DH 677 nömrəli avtomobil toqquşub.
Qəzadan sonra zərbənin təsirindən “İnfiniti” markalı avtomobil həmin ərazidəki mağazaya çırpılıb. Nəticədə mağaza dağılıb. Mağazanın sahibəsi Vüsalə Əhmədovanın anspress-ə verdiyi məlumata görə, qəza baş verəndən sonra əraziyə gedib və görüb ki, dükan tamamilə dağılıb. “Avtoobilin sürücüsünü polis apardı. Polis şöbəsində də olduq. Şikayət etdik. Dedilər istintaq aparılacaq. İndi zərərin kim tərəfindən ödəniləcəyi barədə hələlik bizə heç nə demirlər”, - deyə Vüsalə Əhmədova bildirib. Faktla bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
















