Gəncədə kişi özünü binanın 5-ci mərtəbəsindən atıb - FOTO
Gündəm
8 Aprel 2021 21:14
Oxunub 1754

Gəncdə intihar hadisəsi baş verib. Hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.
Şəhər sakini, 1967-ci il təvəllüdlü Qurbanov Alim Razim oğlu özünü yaşadığı binandan ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (APA)




ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













