Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olara şəhərdə müntəzəm olaraq reyd, monitorinq, maarifləndirmə tədbirləri və dezinfeksiya işləri görülür.
Gəncə Şəhər İcra Hakimiyyətiindən Avtosfer.az-a verilən məlumata görə, “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən reydlər həyata keçirilir ki, bu zaman müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib-edilməməsi yoxlanılır.
Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları da öz fəaliyyətlərini davam etdirirlər. 35 mobil qrupun üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət etməyə çağırırlar.
Bununla yanaşı, Gəncədə davamlı olaraq dezinfeksiya işləri də aparılır. İşlər mərkəzi küçə və prospektlərlə yanaşı, qəsəbə və yaşayış massivlərini, çoxmənzilli yaşayış binaları və həyətlərini, dayanacaqları, yeraltı piyada keçidlərini, park və xiyabanları əhatə edir.
Qeyd edək ki, görülən kompleks tədbirlər Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının azalmasına müsbət təsir göstərir. İşlər bundan sonra da davam etdiriləcək.
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”












