Gəncədə uşağı öldürülən valideynlər sürücüdən pul alıb polisi aldatdılar

Gəncədə azyaşlı piyada vurulub. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən saat 17 radələrində Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə 7-9 yaşlarında olan oğlan meyidi gətirilib. Mərhumun valideyinləri oğlanın ağacdan yıxılaraq öldüyünü bildirisələr də, həkimlər meyiti tibbi müayinədən keçirib və aydın olub ki, oğlan avtomobil tərəfindən vurularaq dünyasını dəyişib. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib.
Hazırda uşağı vuran avtomobilin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri Cavanşır Əliyev bildirib ki, valideyinlər ekspertizaya bilərəkdən yalan məlumat verməsi bədbəxt hadisədən sonra sürücü ilə onlar arasında sövdələşmədən xəbər verir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












