Gəncəli kişi sevgilisinin maşın pulunu oğurladı – FOTO

Gəncəli kişi özünə maşın almaq istəyən sevgilisini qarət etməklə ona mane olub. Avtosfer.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.
Baş müstəntiq Samir Rüstəmov təqsirləndirilən şəxsin saxlanıldığını və saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib.bildirdi: "Oğurladığı pulu və qiymətli əşyaları özünün yaşadığı Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən avtomobil qarajında gizlədərək saxlayıb."
O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib: “Maşın almaq istəyirdi, mən qoymurdum. O niyyətlə götürdüm ki, ala bilməsin. Qorxurdum ki, maşınla kimisə vurub öldürər, uşağım yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Belə, uşağımın anası kimi hörmət qoyuram”.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












