"Gəncəyə hücum əmrini Paşinyan verib"

Məşhur erməni bloger Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.
“Report” xəbər verir ki, bloger özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda N.Paşinyanı kəskin təngid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.
O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red: Xankəndi) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib.
Tiqran Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.
Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red: Füzuli-Cəbrayıl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yararıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red: Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.
Ən maraqlısı isə, Tiqran Köçəryan N.Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












