General-mayor Hikmət Həsənov danışdı: “Avtomobilim minaya düşüb” - FOTO-VİDEO
Gündəm
11 Noyabr 2021 15:30

Ölkə mətbuatında Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı fərqli məlumatlar yayılıb. Xəbərdə müxtəlif səbəblər qeyd olunsa da, general-mayor Hikmət Həsənov Bizimxeber.az-a tədbirdə niyə iştirak etmədiyinin səbəblərini açıqlayıb. General bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır: “10 noyabr 2020-ci il tarixində bağlanan Üçtərəfli Bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.
General-mayor həmçinin əlavə edib ki, burada başqa səbəb axtarmaq lazım deyil: “Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”.
Oxunub : 4052
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
7 Oktyabr 2026 18:14
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
7 Oktyabr 2026 18:05
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 17:54
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
7 Oktyabr 2026 16:11
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
7 Oktyabr 2026 15:00
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
7 Oktyabr 2026 14:00
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
ŞƏRH YAZ











