General Rüstəm Usubovdan sərt açıqlama: “Getsin işi ilə məşğul olsun!”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir.
Baş tutan məhkəmə proseslərində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi gündəmə gəlib.
Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm” - deyə, qeyd edib.
Manset.az məhkəmədə adıçəkilən Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb. O açıqlamasında məsələyə qısa münasibət bildirib:
“Mən heç hara çağırılmamışam. Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin işi ilə məşğul olsun!”.
Qeyd edək ki, bu gün keçiriləcək növbəti məhkəmə prosesində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindiriləcəyi bildirilirdi.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












