Geyimlərin və aksesuarların insan dərisinə zərərləri nədir? – DERMATOLOQDAN ƏHALİYƏ XƏBƏRDARLIQ

Dünyada hər gün artan əhali sayı özü ilə birgə yeni problemlər və qayğıları da gətirir. Belə ki, əhalinin sayı yeni xəstəliklərin yaranması ilə yanaşı özündə təhdidlər ehtiva edən məsələləri də göz önünə çıxarmış olur.
Xəstəliklərin yaranma səbəbləri isə müxtəlif olur. Araşdırmalar göstərir ki, son illərin ən çox yayılan xəstəliklərinin arasında dermatoloji səbəbdən yarananlar ön sıralarda yer tutur.
Dermatoloq Vaqif Abdullayev Avtosfer.az-a verdiyi açıqlamasında geyim və aksesuarların insan bədəninə bir sıra zərərləri olduğunu bildirib. Onun sözlərinə görə, ən çox problem sintetik materiallardan hazırlanmış geyimlər və aksesuarlarla bağlı olur:

"Burada ən əhəmiyyətlisi sintetik aksesuarlar və paltarlardır. Keyfiyyətsiz paltarlarda ən çox rast gəlinən problem allergiyadır. Həm geyimlər, həm də aksesuarlar dərimizlə təmasda olduğu zaman allergik reaksiyalar yarada bilər. Sintetik paltarlar, kətan və pambıqdan fərqli olaraq, hava keçirmədiyi üçün dəridə qıcıqlanma, tərləmənin artması və pis qoxuların yaranmasına səbəb ola bilər. Aksesuarlar məsələsində isə, yalnız platin, gümüş və qızıl materiallar təhlükəsizdir, digər bijuteriya məhsulları dərimizdə kontakt dermatit kimi reaksiyalar verə bilər."
V.Abdullayev əlavə edib ki, mənşəyi bilinməyən aksesuarlardan istifadə edilməsi başqa problemlərə də yol aça bilər. Hətta paltarlarda istifadə olunan boyalar belə allergik reaksiyalara səbəb ola bilər.

Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












