Girov götürülən azərbaycanlılar qaçaraq xilas olublar

İtkin düşənlərdən biri, Ukrayna vətəndaşı Mahir Qəhrəmanovun qardaşı Əbülfət Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, T. Cəfərov öldürülərkən itkin düşən, daha sonra isə mühasirədə qaldıqları məlum olan Mahir, Nurəddin (Nurlan) və Eldar avqustun 4-də mühasirəyə düşdükləri Kamenko kəndindən qaçaraq xilas ola biliblər: “Onlar hazırda Azərbaycana yola düşüblər və tezliklə vətəndə olacaqlar”.
Ə.Qurbanov onu da əlavə edib ki, T.Cəfərovun meyiti hələ də tapılmayıb: “Onun avtomobilinin yandırıldığını qardaşımgil görmüşdülər, amma meyit barədə hələ də bir xəbər yoxdur”.
Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürülüb. Hadisə həmin gün axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb. T. Cəfərovla birgə Mahir, Nurəddin və Eldar adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyərkən hücuma məruz qalıblar.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












