Gizir olduğu deyilən qadınla bağlı MN-dən açıqlama

Xaricdə yaşayan bloqer Həbib Müntəzir feysbuk səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.
“Qafqazinfo” sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Xidmətin rəhbəri Vaqif Dərgahlı sorğumuza belə cavab verib: “Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












