Gömrük işi ilə bağlı məhkəmədə NARAZILIQ

Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış üçün dövlət ittihamçısına söz verilib. Prokuror çıxışdan imtina edərək məhkəmə istintaqının yenilənməsini tələb edib. Dövlət ittihamçısı bildirib, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə yeni əsasnamə daxil olub. Həmin əsasnamə ilə cinayət işinin indiyə kimi əsaslanaraq aparıldığı əsasnamə arasında ziddiyyətlər var. Həmin ziddiyyətləri nəzərə alaraq istintaq yekunlaşa bilməz. Bundan sonra məhkəmədə qalmaqal yaranıb. Vəkillər Ceyhun Yusifov, Aqil Layıc, Hikmət Əliyev, Elnur Vəliyev və digərləri vəsatətə etiraz ediblər. Vəkil Ceyhun Yusifov dövlət ittihamçısının qaldırdığı vəsatətin təqsirləndirilən şəxslərin hüquqlarını pozduğunu deyib: "Belə çıxır ki, ittihamçı özü-özündən şübhələnir. Bu insanlar yazıqdırlar, 6 aydan çoxdur məhkəmə istintaqı gedir, amma prokuror iş başa çatanda vəsatət verir. Vəsatət tam əsassızdır". Vəkil Aqil Layıc isə bildirib ki, məhkəməyə təqdim olunan əsasnamə Dövlət Gömrük Komitəsi tərəfindən müşayiət məktubu ilə təqdim olunub: "Komitə nümayəndəsi prokuror tərəfindən təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyir. İttihamçı tərəfindən təqdim olunan əsasnamənin mötəbərliyi şübhə doğurur. Buna görə də istintaqın təzələnməsinə etiraz edirəm". Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi də prokuror tərəfindən təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyib. Bundan sonra məhkəmə Bakı Baş Dövlət Gömrük İdarəsinin əməkdaşına sözügedən əsasnamə ilə bağlı məhkəməyə müraciət təqdim etmək göstərişi verib və prosesin təxirə salındığı elan edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












