Gömrükdən 26 milyonluq heroin keçirmək istədilər - FOTOLAR

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına “maye sabunlar və uşaq bezi” yükü gətirən “Scania” markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.
Yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin dartıcısının sol və sağ tərəfində eyni ölçülü yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilər müşahidə olunub.
Bundan sonra “Scania” markalı yük avtomobili ətraflı yoxlanılarkən çənlərin hər ikisinin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olub. Yoxlama məqsədi ilə yanacaq çənləri köməkçi alətlər vasitəsi ilə sökülüb. Baxış zamanı üç hissəyə bölünmüş sol çənin sağ hissəsindəki xüsusi saxlanc yerindən 48 ədəd, dartıcının sağ tərəfində olan yanacaq çəninin içərisindəki xüsusi saxlanc yerindən isə 157 ədəd olmaqla, ümumilikdə 205 ədəd təqribən eyni ölçülü və düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Həmin bağlamalar açılıb və içərisində preslənmiş halda, açıq-qəhvəyi rəngli, ümumi çəkisi 218 kq 334 qram narkotik vasitə-heroin olduğu müəyyən edilib.
Qeyd edək ki, aşkar edilən heroinin Avropanın qara bazarında dəyəri 26 milyon manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.


Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA












