“Gömrükdə 11 minlik əməliyyat ediblər, borc isə mənə gəlib”

“Heç bir əlaqəmin olmadığı “Qarabağ Enerji Təchizat” MMC şirkəti mənim adımdan gömrükdə əməliyyat edib, vergi borcu isə mənə gəlib”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Razim Bayramov müraciət edib.
Şikayətçinin sözlərinə görə, oktyabrın 3-də Dövlət Vergi Xidmətindən ona 2608 AZN əlavə gəlir vergisinin olduğuna dair SMS gəlib: “VÖEN hesabım var, gömrükdə işlərim olur. Lakin bu borcun onunla əlaqəsi yoxdur. Buna görə də Şamaxıda 4 saylı Ərazi Vergilər İdarəsinə getdim. Bildirildi ki, “Qarabağ Enerji Təchizat” MMC adlı bir şirkət gömrükdə 11 min manat məbləğində əməliyyat edib, qurum isə vergidən yayındığım üçün mənə əlavə gəlir vergisi olaraq 2608 manat məbləğində cərimə yazıb”.
R. Bayramovun iddialarına görə, onun adıçəkilən şirkətlə heç bir əlaqəsi yoxdur: “Bu, necə ola bilər?! Mən həmin şirkəti tanımıram. Əməliyyat mənim xəbərim olmadan necə baş tutub? Hər hansı rəsmi müqavilə belə yoxdur. Mənə aid olmayan borcu niyə ödəməliyəm?!”
İddialara cavab üçün “Qarabağ Enerji Təchizat” MMC şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə də sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı bildirildi.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












