Gömrükdə bütün nəzarət üsulları və rəsmiləşdirilmə prosesi elektronlaşdırılacaq - FOTO

Gömrük sahəsinin müxtəlif istiqamətlərinə cavabdeh olan baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun iştiraki ilə iyulun 25-də Dövlət Gömrük Komitəsində (DGK) işçi görüş keçirilib. Bu barədə Avtosfer.az DGK-ya istinadən xəbər verir.
Görüşdə gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uygun olaraq müasir tələblərə cavab verən gömrük xidmətinin yaradılması, şəffaflıq, rasional gömrük prosedurlarının tətbiqi, məmnunluq səviyyəsinin artırılması və ölkəmiz üçün ən vacib əhəmiyyət kəsb edən inkişaf istiqaməti üzrə gömrük xidmətinə aid zəruri işlərin görülməsi tapşırığı diqqətə çatdırılıb və bu prinsiplər əsasında əsas strateji hədəflərin müəyyən edilməsinə göstəriş verilib.
Günün tələblərinə cavab verməyən mövcud vəziyyətin ən qısa zamanda dəyişməsi, müasir çağırışlar əsasında gömrük xidmətinin inkişafı üçün işə yanaşma tərzinin dəyişməsi, fəaliyyətin planlaşdırılması zamanı analitik təhlillər aparılmaqla və ehtiyaclar öyrənilməklə prioritetlərin müəyyənləşdirilməsi, kadr siyasətini təkmilləşdirməklə yalnız bilik və təcrübəsi olan kadrlara inkişaf kariyerası mühitinin yaradılması, etik davranışlara hərtərəfli riayət edilməsi, gömrük işində istifadə olunan proqram təminatlarının rahat və əlçatanlığının təmin olunması, bütün nəzarət üsullarının və rəsmiləşdirilmə prosesinin elektron əsaslarla reallaşdırılması, işgüzar biznes mühitinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi üzrə konkret tapşırıqlar verilib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










