«Gömrükdə hər maşından 500 dollar alırlar»

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatınən Ufada keçirilən sammitində sanksiyaların götürülməsindən sonra Xəzər dənizi üzərindən İranla bərə yükdaşımalarının təşkilinə hazırlaşdıqlarını deyib. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, M.Sokolov İrandan yüklərin bərə ilə Həştərxana, yaxud Volqa çayı ilə Tatarıstanın Sviyajk logistika kompleksinə daşına biləcəyini deyib. Lakin Rusiyanın "TransAziya-Rus” nəqliyyat şirkətinin inkişaf üzrə direktoru Arkadi İvanov hesab edir ki, İranla Rusiya arasında bərə yükdaşımalarının təşkili üçün rəqabət mühiti olmalıdır. O, qeyd edib ki, bundan əvvəl İranla bərə yükdaşımaları marşrutu işləyib, ancaq yüksək tariflərə görə müştərilər bu dəhlizdən istifadəni dayandırıblar. Çünki yükdaşımalarla ancaq İranın inhisarçı şirkəti - "Xazar Shipping Company” məşğul olurdu.
Arkadi İvanov deyib ki, İranla bərə yükdaşımalarının dayanmasının günahını sanksiyaların üzərinə atmaq lazım deyil: "Bunun üçün kifayətdir ki, ora 20 Rusiya yük gəmisi, iki refrejator gəmisi, 1000 konteyner göndərəsən. Və yüklər indi fəaliyyətdə olan və Azərbaycandan keçən avtomobil dəhlizi ilə yox, Xəzər dənizi üzərindən daşınacaq. Azərbaycan gömrüyündə hər maşından girəndə və çıxanda gömrük 500 dollar alır. Dəqiqləşdirirəm: bu, rusiyalı yük göndərənlərin və alanların cibindən gedir”
Yeni Ramana yolunda təhlükə: Uzun çuxurlar avtomobillərə ziyan vurur - VİDEO
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ!
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SİYAHI - FOTO
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO








