Gömrükdə qarpız daşıyan maşından 244 kiloqramdan artıq heroin aşkar edildi - VİDEO - FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib. Nəticədə 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya “təzə qarpız” yükü aparan iki ədəd “DAF” markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük orqanına bəyan edilməli hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobillərin qoşqularına reaksiya verdiyindən yük nəqliyyat vasitələri Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib, şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitələri əsaslı yoxlanılıb və yük boşaldılıb.
Təkrara yoxlama zamanı yük nəqliyyat vasitələrinin qoşqusunun ön divarının arasındakı boşluqlarda - kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 303 ədəd düzbucaqlı formalı bağlamalarda qablaşdırılma ilə birgə çəkisi 244 kq 605 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












