Gömrükdə dəyəri yarım milyona yaxın "iPhone" aşkarlandı - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş -14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max markalı mobil telefonlar aşkar olunub.
Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...








.jpg)




