Gömrükdə yük maşınları belə yoxlanılacaq - DGK sədri

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner”rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitter hesabında paylaşım edib.
Komitə sədri əlavə edib ki. e.customs.gov.az portalında “Açıq məlumatlar” bölməsi yaradılıb.
“Bu bölmə vasitəsilə müraciət formaları, daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nin elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir”.
“İdxal mallarına dair təqdim olunan gömrük bəyannamələri üzrə tətbiq ediləcək gömrük nəzarəti formasının seçilməsi məqsədilə risk ehtimalı yaradan göstəricilər üzrə avtomatlaşdırılmış “Bəyannamənin Risk Direktivi” layihəsi test edilmək üçün hazırdır”, - o bildirib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












