Goranboyda gənc qız itkin düşüb

Goranboyda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












