Göyərtəsində ukraynalı dənizçilər olan gəmi batıb, ölənlər var

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində ukraynalı dənizçilər olan “Volgo Balt 179” gəmisinin batması nəticəsində 2 nəfər ölüb.
“Report” UNIAN-ə istinadən xəbər verir ki, bu barədə xilasetmə əməliyyatında iştirak edən “Grup Servicii Petroliere” məlumat verib.
Bildirilib ki, gəmidəki 13 dənizçi Ukrayna vətəndaşıdır. Onlardan ikisi ölüb, birinin meyiti tapılaraq çıxarılıb, digərinki axtarılır.
Məlumata görə, gəmi Rusiyanın Rostov-Don limanından Rumınyanın Konstansa limanı istiqamətində hərəkət edirmiş. Gəmidəki heyətin 13 üzvündən biri qadın olub. Onlardan 10-u sağ-salamat sahilə çıxarılıb. Qadın yaralanıb. Xilas edilənlərin səhhəti yaxşıdır.
“Rumıniya sahillərində göyərtəsində 13 ukraynalı olan “Volgo Balt 179” batıb. 10 dənizçi xilas edilib, 2-si ölüb, birinin axtarışı davam edir”, - Ukraynanın xarici işlər naziri Oleq Nikolenko tvitter hesabında yazıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












