Göygöl sakininin evindən narkotik və sursat tapılıb

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göygöl rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Vüqar Cəfərov saxlanılıb. Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7.62 kalibirli avtomat patronları aşkar aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.
Namiq Musayev

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












