Göygölə giriş açıldı – FOTO + YENİLƏNİB

Göygöl Milli Parkın ərazisində olan zibillər yığışdırılıb, vətəndaşlar artıq tam sərbəst parka daxil ola bilərlər. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadov deyib.
O bildirib ki, bu gün işçi qüvvəsi Göygöl Milli Parkının ərazisində təmizləmə işləri aparıb.
“Biz həftədə bir dəfə Milli Parkda sanitar gün keçirəcəyik. Sanitar gündə bütün işçi qüvvəsi əraziyə cəlb olunacaq, zibillər yığışdırılacaq. Həmin vaxt vətəndaşların Göygölə girişi məhdudlaşdırılacaq”.
10:52
Göygöl Milli Parka buraxılış bir neçə saatlıq dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın müxbiri Vusal Mammadov (fotolar müxbirə məxsusdur - red.) sosial şəbəkədə yazıb. “İki gündür “Göygölü zibil basıb” deyənlərə "şad” xəbər. Bu gün təmizlik məqsədi ilə gölə buraxılış bir neçə saatlıq dayandırılıb”, - deyə, hadisə yerində olan jurnalist yazıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












