Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı sürücülərə – MÜRACİƏT

Azərbaycan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev oxu.az-a bildirib ki, sürücülər və avtomobil sahibləri yaxın günlərdə Azərbaycanda havaların qarlı, şaxtalı keçəcəyini nəzərə alaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirməlidirlər. Şöbə rəisi sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyə edib: “Artıq respublikanın bir sıra bölgələrində qar yağacağı, yolların buz bağlayacağı barədə xəbərdarlıq edilib. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar”.
Onun sözlərinə görə, avtomobilin şinləri normalara cavab verməzsə, avtomobil yol hərəkətindən kənarlaşdırılacaq: “Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq”.
K.Əliyev, həmçinin qeyd edib ki, sürücülər bir daha avtomobildə antifrizin, şüşə silənin və s. vəziyyətinə diqqət yetirməli, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməlidir. Sürücülər xüsusilə yağıntı düşən, yolların buz bağladığı ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər.
Şöbə rəisi əlavə edib ki, yanacaqdoldurma çənlərinin maksimum həttə dolu olması tövsiyə olunur, çünki sürücü qar və müxtəlif səbəblərdən yolda qala bilər, o zaman o mühərriki bir neçə saat işlədib avtomobilin içində sərnişinləri qızdıra bilər.
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










