Gözündən əməliyyat olunan qazimizə protez qoyulub - VİDEO

“Bir gün zəng elədilər ki, gəl Zərifə Əliyeva adına klinikaya. İsti münasibət var idi. Protez qoydular, bu günə, Şükür, yaxşıyam”
Bunu Report-a “YAŞAT” Fondunun təşəbbüsü̈ ilə Azərbaycana gələn israilli həkimlərin sol gözünü amputasiya etdiyi Qarabağ qazisi Nuralı Abdullayev deyib.
N.Abdullayev bildirib ki, həkimlər yaxın bir neçə ayda problemlərin tam aradan qalxacağını deyiblər:
“Gözümün qapağı bağlanmır, sinirlərdə tənbəlləşmə var. Həkimlər deyir, bir neçə aya qapaq açılar. Hazırda gözümdən yaş gəlir, amma ona görə də müalicə olacaq”.
44 Günlük Vətən müharibəsində igidlik göstərənlərdən biri də Nuralı Abdullayev Şiralı oğludur. 1991-ci ildə Oğuz rayonu Sincan kəndində anadan olan Nuralı 1997-ci ildə Abdul Hüseynov adına orta məktəbdə təhsil almağa başlayır. Orta məktəbi bitirdikdən bir müddət sonra çalışmağa başlayan N.Abdullayev 2009-cu ildə Ağstafa rayonuna hərbi xidmətə yollanır.
İkinci Qarabağ müharibəsi başlayan gün - sentyabrın 27-də çağırış əsasında Gəncəyə təlimə gedib, oktyabrın 12-də isə Füzuli istiqamətinə yollanıb. Qəhrəman döyüşçü Qubadlı, Cəbrayıl və Laçın döyüşlərində iştirak edib. Noyabrın 1-də Laçın döyüşlərində üzün sol nahiyəsindən minaatan mərminin 3 qəlpəsilə yaralanıb və sol gözü zədələnib.
“Report” Nuralı Abdullayevlə bağlı süjeti təqdim edir:
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











