Güclü külək, qar və şaxta – Sürücülərə hava xəbəri

Bakıda və Abşeron yarımadasında dekabrın 10-da hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Avtosfer.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman çiskin olacaq. Lakin bəzi şimal və qərb bölgələrində yağış yağacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Cənub-şərq küləyi əsəcək, ayır-ayır yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7—12 dərəcə isti olacaq. Dağlarda 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Qeyd edək ki, dekabrın ilk günlərində Azərbaycan ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












