Güclü külək şəhid məzarlarını aşırdı: Qurumlar hərəkətə keçdi - FOTO
Gündəm
11 Noyabr 2021 14:51

Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında iki şəhid məzarının başdaşı sınaraq yararsız vəziyyətə düşüb. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məzar daşlarının güclü küləyin təsirindən aşdığı deyilir.
Məsələ ilə bağlı daha dəqiq məlumat öyrənmək üçün kiçik araşdırma apardıq. Əldə etdiyimiz məlumata görə, aşan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonunda qeydiyyatda olmuş şəhidlərə aiddir.
Nərimanov və Xətai rayon icra hakimiyyətlərindən oxu.az-a verilən məlumata görə, məlum hadisə güclü küləyin səbəbindən axşam saatlarında baş verib. Bildirilib ki, hadisə barədə daxil olan məlumat əsasında dərhal əraziyə baxış keçirilib və şəhid ailələrinə bununla bağlı məlumat verilib. Hazırda ərazidə aidiyyəti üzrə hər iki icra hakimiyyətinin əməkdaşları tərəfindən işlər gedir. Şəhidlərin məzar daşlarının yenisi ilə əvəzlənməsi üçün artıq yeni məzar daşları da sifariş verilib.
Oxunub : 1112
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
ŞƏRH YAZ











