Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO

Güclü külək Zaqatala rayonunun Muğanlı kəndində 40-a yaxın təsərrüfata və kommunikasiya xətlərinə ziyan vurub.
Avtosfer.az xəbər verir ki, irigövdəli ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 4 və 10 kilovoltluq xətlər qırılıb, bəzi tövlələrin və həyətlərdəki əlavə tikililərin dam örtükləri uçub.
Kənd icra nümayəndəliyindən bildirilib ki, artıq 10 kv-luq xətt tamamilə bərpa olunub. Hazırda 4 kv-luq xətlərin bərpası istiqamətində işlər aparılır. Kənd sakinlərinin sözlərinə görə, yağışla bərabər əsən güclü külək bir anda dam örtüklərini uçurub, elektrik dirəklərini və ağacları aşırıb.
Qeyd edək ki, şimal-qərb bölgəsində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti Qax və Zaqatala rayonlarından axan çaylarda sululuğu artırıb. Bəzi dağ çaylarından isə sel keçib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











