Güclü külək və yağış gözlənilir

Bakıda və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək . Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Avqustun 29-u axşamdan 31-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda güclü şimal-qərb küləyi əsəcək. Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












