Güclü külək Zaqatalada 7 kəndə ciddi ziyan vurub - FOTO

Zaqatala rayonunda aramsız yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.
"Report"un məlumatına görə, qeyri-sabit hava şəraiti bir neçə saat davam edib, nəticədə 7 kənddə evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.
Təbii fəlakət ən çox Muğanlı, Faldar, Qandax, Mosul, Yengiyan və Kəpənəkçi kəndlərinə ziyan vurub. Adıçəkilən kəndlərin yerləşdiyi ərazidə güclü küləklə müşahidə edilən leysan yağış yağıb, bəzi ərazilərə isə dolu düşüb. Güclü külək nəticəsində bir çox ərazilərdə iri gövdəli ağaclar yıxılıb, elektrik naqilləri, telefon xətləri qırılıb. Muğanlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçub və şüşələri qırılıb. Eyni zamanda kəndlərdə bir sıra evlərin və tövlələrin dam örtüyü dağılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Artıq müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib, təbii fəlakətin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.





Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












