Güclü qar İstanbulda həyatı iflic etdi - FOTO - VİDEO

İstanbulda ötən gündən yağan güclü qar həyatı iflic edib.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.
İşdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburən metro stansiyalarına axın edib. Nəticədə izdiham yaşanıb.
Güclü qar və buz bağlaması səbəbindən bu gün bütün təhsil müəssisələrində tədris 1 gün müddətinə dayandırılıb.
İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.
Bu gün yağan qarın intensivliyinin artacağı və həftəsonu da davam edəcəyi proqnozlaşdırılır.
Sosial şəbəkələrdə qarın yollarda və metro stansiyalarında yaratdığı fəsadları əks etdirən görüntülər də yayılıb.
Həmin görüntüləri təqdim edirik:












Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











